Ev DünyaHakan Fidan Suriyaya getdi – əsas gündəm bəlli oldu

Hakan Fidan Suriyaya getdi – əsas gündəm bəlli oldu

by Baş Redaktor
13 Baxış

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib.

Army.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata görə, o, səfər çərçivəsində Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşəcək və Prezident Əhməd əş-Şəraa tərəfindən qəbul ediləcək.

Görüşlərdə YPG və SDG-nin ləğvi, həmçinin bu strukturların Suriya dövlət qurumlarına inteqrasiyası prosesi müzakirə olunacaq. Tərəflərin Suriyanın cənubundakı vəziyyət, İsrailin hücumları, ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması məsələlərini də müzakirə edəcəyi gözlənilir.

banner

Əlaqəli Yazılar Xüsusi