İqtisadiyyatİddia: “Turkcell” Azərbaycan şirkəti “Azercell”ə satıla bilər

İddia: “Turkcell” Azərbaycan şirkəti “Azercell”ə satıla bilər

by admin
4 Baxış

Türkiyənin ən böyük mobil operatorlarından biri olan Turkcell ilə bağlı diqqətçəkən iddia gündəmə gəlib. Məlumatlara görə, şirkətin əsas səhmdarlarından olan Türkiye Varlık Fonu-na məxsus payların satılması müzakirə olunur və mümkün alıcı kimi Azərbaycanın mobil operatoru Azercell göstərilir.

ARMY.AZ xarici KİV-lərə istinadən bildirir ki, satışla bağlı danışıqların müəyyən mərhələyə çatdığı və maraqlı tərəflər arasında ən ciddi namizədlərdən birinin məhz Azercell olduğu qeyd edilir. Lakin məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Mövzu siyasi və iqtisadi dairələrdə də müzakirələrə səbəb olub. Türkiyə parlamentinin üzvü Cevdet Akay bildirib ki, ölkənin kommunikasiya infrastrukturu baxımından strateji əhəmiyyətə malik olan bir şirkətin satılması ilə bağlı iddialar ictimaiyyətə aydın şəkildə izah edilməlidir.

Ekspertlər hesab edirlər ki, əgər belə bir razılaşma baş tutarsa, bu, regionun telekommunikasiya sektorunda mühüm hadisə ola bilər. Çünki iki böyük mobil operatorun mümkün əməkdaşlığı bazarda rəqabətə, texnoloji inkişaflara və investisiya axınına təsir göstərə bilər.

banner

Hazırda isə məsələ ilə bağlı rəsmi təsdiq yoxdur və yayılan məlumatlar yalnız iddia kimi qiymətləndirilir.

You may also like