Nyu-Yorkdakı New York Mercantile Exchange (NYMEX) əmtəə birjasında təbii qaz üzrə fyuçers müqavilələrinin qiyməti artım göstərib.
Army.az xəbər verir ki, əmtəə bazarlarında aparılan əməliyyatlar zamanı təbii qazın 1 milyon BTU-su (Britaniya istilik vahidi) üzrə fyuçerslərin dəyəri 0,74% yüksələrək 2,9155 ABŞ dollarına çatıb.
Eyni zamanda, Niderlandın Title Transfer Facility (TTF) platformasında da qaz qiymətlərində artım qeydə alınıb. Burada mavi yanacağın bir meqavat-saatının qiyməti 0,67% bahalaşaraq 47,97 avro səviyyəsində qərarlaşıb.