Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın neft emalı sektoruna endirilən zərbələrin nəticələri barədə açıqlama verib.
Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna qüvvələrinin həyata keçirdiyi hücumlar nəticəsində Rusiyanın neft emalı obyektlərinin 45 faizi sıradan çıxarılıb.
Ukrayna lideri bildirib ki, Rusiya ərazisindəki neft emalı zavodlarına qarşı zərbələrin davam etdirilməsi ölkədə dizel yanacağı çatışmazlığına səbəb ola bilər.
“Biz Rusiyanın neft emalı zavodlarına cavab zərbələri endirsək, onların kifayət qədər dizel yanacağı olmayacaq. Biz Rusiyanın neft emalı obyektlərinin 45 faizini məhv etmişik”, – Zelenski deyib.
