Ev DünyaKremldən Zelenskiyə mesaj: Moskvaya gələ bilər

Kremldən Zelenskiyə mesaj: Moskvaya gələ bilər

by Baş Redaktor
30 Baxış

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh nizamlanması ilə bağlı təmaslar aparmaq istədiyi halda Moskvaya səfər edə biləcəyini açıqlayıb.

Army.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Peskovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə Zelenski arasında görüşlə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır. O bildirib ki, Ukrayna lideri istədiyi halda Moskvaya gələ bilər.

Kreml rəsmisi əlavə edib ki, Zelenskinin Rusiyaya səfəri zamanı onun təhlükəsizliyinin təmin olunmasına zəmanət verilə bilər.

banner

Peskov həmçinin qeyd edib ki, Zelenski Ukrayna münaqişəsinin həlli üçün hansı qərarların qəbul edilməli olduğunu bilir.

Əlaqəli Yazılar Xüsusi