Ev Dünya“Bir küncdə oturub şorbamı qurtumlayıram” – Saakaşvili

“Bir küncdə oturub şorbamı qurtumlayıram” – Saakaşvili

by Baş Redaktor
14 Baxış

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında Gürcüstanın adını çəkməməsi ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin diqqətindən yayınmayıb.

Army.az xəbır verir ki, bu barəəd xarici KİV məlumat yayıb.

Saakaşvili bildirib ki, Ərdoğan çıxışı zamanı Türkiyənin qonşu dövlətlərinin adlarını dəfələrlə qeyd etsə də, Gürcüstanı xatırlamayıb.

“Vaxt vardı, ABŞ Prezidenti demək olar, hər çıxışında bizi xatırlayırdı. O vaxt biz bütün regionun incisi idik. Amerika bir kənarda dursun, dünən BMT-də çıxışı zamanı Prezident Ərdoğan Türkiyənin bütün qonşularının adını bir neçə dəfə çəksə də, Gürcüstanın adını bir dəfə də olsun xatırlamadı”, – deyə Saakaşvili vurğulayıb.

banner

Gürcüstanın sabiq prezidenti bu vəziyyəti ölkənin hakimiyyətinin siyasəti ilə əlaqələndirib. Onun sözlərinə görə, “İvanişvili də elə bunu istəyir, onun konsepsiyası budur: “Bir küncdə oturub şorbamı qurtumlayıram”.

Əlaqəli Yazılar Xüsusi