Ev DünyaRusiya : “Paşinyanın bu hərəkətinə sevinirik”

Rusiya : “Paşinyanın bu hərəkətinə sevinirik”

by Baş Redaktor
20 Baxış

Ermənistan Baş naziri Nikol Paşinyanın rus dilini öyrənməyə başlaması Rusiyada diqqət çəkib.

Army.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin müşaviri Yelena Yampolskaya Paşinyanın rus dili kursuna getməsini müsbət qarşılayıb.

Onun sözlərinə görə, İrəvanda fəaliyyət göstərən “Moskva Evi” gələn həftədən etibarən ödənişsiz rus dili kurslarına start verəcək. Yampolskaya Ermənistan vətəndaşlarının bu təşəbbüsə maraq göstərəcəyini gözlədiyini bildirib.

Rusiya rəsmisi Paşinyanın da hazırda rus dili üzrə dərslərə qatıldığını xatırladıb. O qeyd edib ki, Ermənistan hökumətinin başçısı bu barədə sentyabrın 17-də keçirilən hökumət iclasında danışıb.

banner

Yampolskaya həmçinin Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının son sammitində MDB ölkələrinin liderləri arasında rus dilində çıxış etməyən yeganə rəhbər olduğunu vurğulayıb və onun rus dilini öyrənməyə başlamasını diqqətçəkən məqam kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi