Ev DünyaTehran nüvə danışıqlarında güzəştə hazırdır? Pezeşkian açıqladı

Tehran nüvə danışıqlarında güzəştə hazırdır? Pezeşkian açıqladı

by Baş Redaktor
22 Baxış

“İran ABŞ-la nüvə məsələsində razılığa gəlinəcəyi təqdirdə zənginləşdirilmiş uran ehtiyatlarının əhəmiyyətli hissəsini azaltmağa hazırdır”.

Army.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, Tehran beynəlxalq hüquq və Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır:

“ABŞ-la razılaşma əldə olunarsa, İran 60%-dək zənginləşdirilmiş uran ehtiyatlarını əhəmiyyətli dərəcədə azalda və materialın zənginləşdirmə səviyyəsini aşağı sala bilər. Tehran daha əvvəl də bu istiqamətdə danışıqlar aparıb və uran ehtiyatlarının azaldılması, eləcə də materialın daha aşağı səviyyəyə qədər zənginləşdirilməsi variantını nəzərdən keçirib”.

banner

Pezeşkian İranın nüvə silahı əldə etmək niyyətində olması ilə bağlı iddiaları da rədd edib. O bildirib ki, Tehran heç vaxt nüvə silahı yaratmağa çalışmayıb.

Əlaqəli Yazılar Xüsusi