ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin davam etməsinin səbəbi ilə bağlı fikirlərini bölüşüb.
Army.az xəbər verir ki, bu barədə “Nasha Niva” məlumat yayıb.
“Keçmiş prezident Co Bayden tərəfindən ayrılan böyük həcmdə maliyyə yardımı münaqişənin uzanmasına təsir göstərib. Vaşinqton tərəfindən göstərilən dəstək olmasaydı, Ukraynadakı döyüşlər daha tez sona çata bilərdi. Ukraynaya ayrıldığı deyilən yüz milyardlarla dollar həcmində vəsait müharibənin gedişinə birbaşa təsir göstərib”, – deyə Tramp vurğulayıb.