“Kalaşnikov” konserni Azərbaycanda ilk dəfə “Military Special” seriyasına daxil olan taktiki geyimlər təqdim etməyə hazırlaşır.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni məhsullar sentyabrın 30-dan oktyabrın 2-dək Bakıda keçiriləcək 6-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi – ADEX 2026 çərçivəsində nümayiş etdiriləcək.
Sərgidə “Triada-TKO” şirkətinin hazırladığı VKPO 3.0 hərbi səhra geyim dəstinin analoqu, həmçinin MRS 1.0 modul taktiki boşaltma sistemi ziyarətçilərə təqdim olunacaq.
Xatırladaq ki, “Triada-TKO” daha əvvəl Rusiya Qvardiyasının mühəndis xidməti üzrə İnnovasiya Günündə yeni taktiki boşaltma sistemi və “Novator” adlı avadanlıq dəstini təqdim edib.
“Kalaşnikov” konserni isə iyul ayında Rusiya Silahlı Qüvvələrinin 6B45 ümumqoşun zirehli gödəkçəsinin xüsusi hərbi əməliyyat zamanı effektivliyini təsdiqlədiyini açıqlamışdı.
