Ev DünyaQazaxıstanda hərbi təlim zamanı faciə: ölənlərin sayı 14-ə çatdı

Qazaxıstanda hərbi təlim zamanı faciə: ölənlərin sayı 14-ə çatdı

by Baş Redaktor
18 Baxış

Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı baş verən faciə nəticəsində ölən hərbçilərin sayı 14 nəfərə yüksəlib.

Army.az xəbər verir ki, bu gün səhər Xəzər dənizinin akvatoriyasında itkin hesab olunan daha iki hərbçinin meyiti aşkar edilib.

Bununla da hadisə ilə bağlı aparılan axtarış-xilasetmə tədbirlərinin başa çatdığı bildirilib.

Hadisə sentyabrın 24-də hərbçilərin döyüş-təlim tapşırığını yerinə yetirdiyi vaxt baş verib. Təlim zamanı hava şəraitinin qəfil kəskinləşməsi nəticəsində dənizə çıxarılan 17 hərbçidən yalnız 3-ü xilas olunub.

Əlaqəli Yazılar Xüsusi