Ev DünyaQazaxıstanda Xəzər faciəsi: 5 hərbçi həbs edildi

Qazaxıstanda Xəzər faciəsi: 5 hərbçi həbs edildi

by Baş Redaktor
16 Baxış

Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı 14 hərbçinin həlak olması ilə bağlı beş hərbi qulluqçu saxlanılıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Saxlanılanlar arasında Qazaxıstan Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini və qərargah rəisi, iki hərbi hissənin komandiri, eləcə də dəniz piyadaları bölüyünün və katerin komandirləri yer alır.

Məlumata əsasən, beş nəfərin hamısı iş üzrə şübhəli şəxs qismində tanınıb. Onlar Aktau şəhərindəki istintaq təcridxanasına göndəriliblər.

banner

Qeyd edək ki, faciə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin Xəzər dənizində keçirdiyi təlimlər zamanı baş verib. Hadisə nəticəsində 14 hərbçi həyatını itirib.

Əlaqəli Yazılar Xüsusi