Ev DünyaTramp Si Cinpinə Baydenlə bağlı zarafat etdi – Çin lideri güldü

Tramp Si Cinpinə Baydenlə bağlı zarafat etdi – Çin lideri güldü

by Baş Redaktor
11 Baxış

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Çin lideri Si Cinpinlə görüşü zamanı diqqətçəkən ifadəsi ilə gündəmə gəlib.

Army.az xəbər verir ki, bu barədə “Focus” məlumat yayıb.

Tramp Şi Cinpinə iki liderin birlikdə çəkdirdiyi fotoşəkli göstərərək zarafatla “Bu kimdir?” deyə soruşub.

ABŞ Prezidenti fotoya baxaraq “Onu tanımıram!” ifadəsini işlədib. Daha sonra isə həmin görüntünün Ağ Evdə artıq bir ildir nümayiş etdirildiyini və Si Cinpinə böyük hörmətin göstəricisi olduğunu bildirib.

banner

Görüş zamanı Tramp Çin liderini başqa bir zarafatla da güldürüb. O, Si Cinpinə ABŞ prezidentlərinin portretlərinin yerləşdirildiyi “prezidentlər xiyabanı”nı göstərib.

Burada diqqət çəkən məqam keçmiş prezident Co Baydenin portretinin əvəzinə onun imzasının olduğu qələm təsvirinin yerləşdirilməsi olub.

Əlaqəli Yazılar Xüsusi