Ev DünyaRutte : “Rusiya NATO üçün təhlükə olaraq qalır”

Rutte : “Rusiya NATO üçün təhlükə olaraq qalır”

by Baş Redaktor
62 Baxış

NATO-nun baş katibi Mark Rutte Rusiyanın alyans üçün uzunmüddətli təhlükə yaratdığını bildirib.

Army.az xəbər verir ki, Rutte bu barədə “Bloomberg TV”yə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Berlin divarının süqutundan sonra Avropa ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaldıb. Həmin dövrdə artıq böyük müharibələrin baş verməyəcəyi düşünülüb və bu səbəbdən müdafiəyə ayrılan vəsaitlər azaldılıb.

Rutte bildirib ki, daha sonra Vladimir Putinin hakimiyyətə gəlməsi və siyasətinin getdikcə sərtləşməsi vəziyyəti dəyişib. Onun fikrincə, Rusiya hazırda NATO üçün uzunmüddətli təhdid olaraq qalır.

banner

NATO baş katibi bu səbəbdən alyans ölkələrinin müdafiə xərclərini artırdığını və hərbi imkanlarını gücləndirdiyini qeyd edib.

Əlaqəli Yazılar Xüsusi