Ev DünyaTleuberdi: “Sülh danışıqları Qazaxıstanda keçirilə bilər”

Tleuberdi: “Sülh danışıqları Qazaxıstanda keçirilə bilər”

by Baş Redaktor
64 Baxış

Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi Ukraynanı Qara dənizdə respublikaya məxsus gəmilərə hücumları dayandırmağa çağırıb.

Army.az xəbər verir ki, nazir bu barədə BMT Baş Assambleyasının sessiyası çərçivəsində ukraynalı həmkarı Andrey Sibiqaya bildirib.

“Əlbəttə, ikitərəfli görüşlər çərçivəsində bir çox ölkənin xarici işlər nazirləri ilə görüşdüm. Onların arasında Rusiya xarici işlər naziri Sergey Lavrov və Sibiqa da var idi. Onlarla yaranmış münaqişə kontekstində münasibətlərimizi müzakirə etdik. İlk növbədə, Ukrayna tərəfi ilə Qara dənizdə gəmilərimizə pilotsuz uçuş aparatları ilə hücumların bundan sonra baş verməməsinin vacibliyindən danışdıq”, – deyə o bildirib.

Tleuberdi həmçinin Lavrovu Kiyevlə danışıqlar aparmağa və “müharibəni mümkün qədər tez başa çatdırmağa” çağırıb.

banner

Əlaqəli Yazılar Xüsusi