İran ABŞ-la mümkün danışıqların başlanması üçün Vaşinqtonun əvvəlcə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu açıqlayıb.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
İran Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizinin sözlərinə görə, hər hansı razılaşmanın əldə olunması üçün ABŞ Tehranın irəli sürdüyü şərtləri nəzərə almalı və müəyyən etdiyi “qırmızı xətlərə” hörmət etməlidir.
İran rəsmisi qeyd edib ki, danışıqlar prosesindən əvvəl Vaşinqtonun konkret öhdəliklərini icra etməsi əsas şərtlərdən biridir.
