Ev Hərbi XəbərlərMoskva yeni əsgərlər toplayır, Pxenyan 10 min hərbçi göndərməyə hazırlaşır – Zelenski

Moskva yeni əsgərlər toplayır, Pxenyan 10 min hərbçi göndərməyə hazırlaşır – Zelenski

by Baş Redaktor
47 Baxış

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın cəbhədə şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün faktiki olaraq yeni səfərbərlik prosesinə başladığını bildirib.

Army.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.

Zelenski Rusiyanın müxtəlif üsullarla hərbi xidmətə cəlbetməni genişləndirdiyini və xarici vətəndaşların müharibəyə cəlb edilməsinə daha çox diqqət ayırdığını bildirib.

Ukrayna prezidenti Rusiyanın xarici ölkələrdə hərbi xidmətə cəlbetmə fəaliyyətləri barədə həmin dövlətlərin aidiyyəti qurumlarına məlumat verəcəklərini və bunun qarşısının alınacağına ümid etdiyini söyləyib.

banner

Zelenski həmçinin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yenilənmiş məlumatlarına istinad edərək Şimali Koreyanın Rusiyaya əlavə 10 min hərbçi göndərməyə hazırlaşdığını bildirib:

“Bu qüvvələr Rusiyada artıq olan 8 mindən çox Şimali Koreya hərbçisinə əlavə edilə bilər. Kreml Pxenyanın hərbi dəstəyinin qarşılığında müxtəlif texnologiyalar təqdim edir”.

Əlaqəli Yazılar Xüsusi