Ev Hərbi XəbərlərLavrovdan Polşaya xəbərdarlıq: “ Bunu diqqətlə oxuyun”

Lavrovdan Polşaya xəbərdarlıq: “ Bunu diqqətlə oxuyun”

by Baş Redaktor
63 Baxış

Rusiya xarici işlər naziri Sergey Lavrov Polşanın Ukrayna üçün “Patriot” hava hücumundan müdafiə sistemlərinə raket istehsalı ilə bağlı planına münasibət bildirib.

Army.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Lavrov bu məsələ ilə bağlı Rusiyanın hərbi doktrinasına diqqət yetirməyi tövsiyə edib. O, prezident Vladimir Putinin dəfələrlə istinad etdiyi sənədin müvafiq hissəsinin diqqətlə öyrənilməli olduğunu deyib.

Daha əvvəl Polşanın Ukrayna üçün “Patriot” raketlərinin istehsal ediləcəyi zavodun öz ərazisində qurulmasını təklif etdiyi bildirilmişdi.

banner

Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarnetskayanın sözlərinə görə, layihənin reallaşması üçün Kiyevin ABŞ-dan müvafiq istehsal lisenziyası alması tələb olunur.

Əlaqəli Yazılar Xüsusi