Ev DünyaPezeşkian ABŞ ilə danışıqlardan danışdı: “Baş əydiyimiz anlamına gəlmir”

Pezeşkian ABŞ ilə danışıqlardan danışdı: “Baş əydiyimiz anlamına gəlmir”

by Baş Redaktor
42 Baxış

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə aparılan danışıqların gedişatı barədə cəmiyyətlə açıq dialoqun vacibliyini vurğulayıb.

Army.az xəbər verir ki, Pezeşkian danışıqların zəruriliyinin izah edilməsinin və proses çərçivəsində əldə olunan nəticələrin ictimaiyyətə açıqlanmasının İranın düşmən qarşısında geri çəkilməsi kimi qiymətləndirilməməli olduğunu deyib.

“Danışıqların üstünlüklərini və əldə olunan nəticələri ifadə etmək bizim düşmən qarşısında baş əydiyimiz anlamına gəlmir, əksinə, şəffaflığın təzahürüdür”, – deyə İran Prezidenti bildirib.

Pezeşkian Tehran tərəfinin İslamabad anlaşma memorandumunun tamamlanması üçün bütün imkanlarını səfərbər edəcəyini və İran xalqının hüquqlarının qorunması məsələsində geri addım atmayacağını söyləyib.

banner

Onun sözlərinə görə, hazırkı mərhələdə əsas məsələ sənədin qarşılıqlı faydaya əsaslanan strategiya üzərində qurulmasıdır.

Əlaqəli Yazılar Xüsusi