Dubay–Təl-Əviv marşrutu üzrə uçan “Flydubai” təyyarəsində baş verən insident zamanı sərnişinlərin təhlükə ilə üzləşməsinə səbəb olan pilotun Oman, təyyarə komandirinin isə Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olduğu bildirilir.
Army.az xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Məlumata görə, pilotların Rusiya və Ukrayna vətəndaşları olması barədə daha əvvəl yayılan məlumatlar təsdiqlənməyib.
Qeyd edək ki, “Flydubai”nin FZ1073 saylı reysi zamanı pilotlar arasında fiziki qarşıdurma baş verib. Bundan sonra təyyarənin marşrutu dəyişdirilərək Səudiyyə Ərəbistanının Tabuk şəhərinə istiqamətləndirilib və hava gəmisi oraya təhlükəsiz eniş edib.
