Ev DünyaBen-Qvir “tam qələbə”dən danışdı: “Davam etməliyik”

Ben-Qvir “tam qələbə”dən danışdı: “Davam etməliyik”

by Baş Redaktor
65 Baxış

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkəsinin təhlükəsizlik siyasətində yeni mərhələyə keçməsinin vacibliyini açıqlayıb.

Army.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Ben-Qvir Dubay–Təl-Əviv marşrutu üzrə uçuş həyata keçirən təyyarənin qaçırılmasına cəhd göstərən şəxsi terrorçu adlandırıb. O, insidentin qarşısının alınmasında iştirak edən sərnişinlərə təşəkkür edib.

Nazir paylaşımında qeyd edib ki, hadisənin qarşısı alınsa da, İsrailin təhlükəsizlik doktrinasının daha yüksək səviyyəyə qaldırılmasına ehtiyac var.

banner

Ben-Qvir son iki il yarım ərzində İsrailin təhlükəsizlik sahəsində “əla iş” gördüyünü bildirib. Onun sözlərinə görə, İran, Livan, Qəzza və İordan çayının qərb sahilində “tam qələbə” əldə edilənədək bu siyasət davam etdirilməlidir.

İsrail rəsmisi həmçinin düşmənlərin insan həyatına əhəmiyyət verdiyi və onlara qarşı mərhəmətli davranmağın vacibliyi ilə bağlı yanaşmanı yanlış hesab etdiyini vurğulayıb.

Əlaqəli Yazılar Xüsusi