Ev Dünya“Siz təqsirkarı yanlış yerdə axtarırsınız” – Əraqçı

“Siz təqsirkarı yanlış yerdə axtarırsınız” – Əraqçı

by Baş Redaktor
45 Baxış

İranın xarici işlər naziri Abbas Əraqçı Böyük Britaniyanın baş nazirinin İranla bağlı səsləndirdiyi iddialara münasibət bildirib.

Army.az xəbər verir ki, Britaniya hökumətinin İranın Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında baş verən insidentə bağlı olduğuna dair qənaətini açıqlamasından sonra Əraqçı “X” hesabında paylaşım edib.

İranlı nazir britaniyalı baş nazirin açıqlamasına cavab olaraq bildirib ki, Londonun bəzi şəxslərlə bağlı qərarları məsələyə fərqli prizmadan yanaşmağa əsas verir:

“İranın inancını mən də təsdiqləyə bilərəm. Sizin ifadənizlə desək, terrorçu və xarici dövlətlərin maraqlarına xidmət edən şəxsləri azad etməyiniz özü bir çox məqamı izah edir. Siz məsul şəxsi yanlış yerdə axtarırsınız”.

banner

Əlaqəli Yazılar Xüsusi