46
“Müctəba Xameneinin ABŞ-ın hücumundan sağ çıxması möcüzədir”.
Army.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.
Onun sözlərinə görə, İranın mərhum dini lideri Əli Xameneinin yolunu davam etdirən Müctəba Xameneinin ABŞ və İsrailin fevralın 28-də həyata keçirdiyi zərbədən sağ çıxması diqqətçəkən hadisədir:
“Şübhəsiz ki, mərhum rəhbərin yolunu davam etdirən bir şəxsin ABŞ-nin hücumu zamanı sağ qalması möcüzədir”.
