ABŞ Prezidenti Donald Tramp İranın “Flydubai” aviaşirkətinin İsrailə uçan təyyarəsi ilə bağlı insidentdə iştirakının müəyyənləşəcəyi təqdirdə Tehranın “sərt şəkildə hədəfə alınacağını” bildirib.
Army.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Tramp bununla yanaşı, bir neçə saat sonra yenidən İranın “təslim olmaq astanasında” olduğunu iddia edib.
ABŞ prezidentinin sözlərinə görə, Tehranla bağlı vəziyyət diqqətlə izlənilir və İranın hadisədə rolunun təsdiqlənməsi halında Vaşinqtonun reaksiyası sərt olacaq.
