Ev Dünyaİran və Fars körfəzi ölkələri arasında yeni mərhələ – Əraqçi açıqladı

İran və Fars körfəzi ölkələri arasında yeni mərhələ – Əraqçi açıqladı

by Baş Redaktor
64 Baxış

İran və Fars körfəzi ölkələri arasında qarşılıqlı etimadın formalaşdırılması istiqamətində yeni mərhələyə başlanılıb.

Army.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Tehranda akkreditə olunmuş xarici diplomatlar və beynəlxalq missiyaların rəhbərləri ilə görüşündə deyib.

Əraqçi qonşu ölkələrə, xüsusilə Fars körfəzi dövlətlərinə səfərlərinin səmərəli keçdiyini bildirib. O qeyd edib ki, görüşlər qarşılıqlı hörmət və dostluq şəraitində baş tutub:

“Qonşu ölkələrlə, xüsusən də Fars körfəzi dövlətləri ilə İran arasında etimadın bərpası üçün yeni yolun əsasını qoymuşuq və bu istiqamətdə uğurla irəliləyirik. Region dövlətlərinin iştirakı ilə sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün ortaq siyasi iradə mövcuddur”.

banner

Əlaqəli Yazılar Xüsusi