Ev Hərbi XəbərlərFədavi: “Hörmüz boğazı aylardır İranın nəzarətindədir”

Fədavi: “Hörmüz boğazı aylardır İranın nəzarətindədir”

by Baş Redaktor
49 Baxış

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli komandiri Əli Fədavi ABŞ hərbi qüvvələrinin İran sərhədlərindən 1000 kilometrdən artıq məsafəyə çəkildiyini iddia edib.

Army.az xəbər verir ki, Fədavi bu barədə İran dövlət televiziyasına açıqlamasında danışıb.

Onun sözlərinə görə, ABŞ qüvvələrinin geri çəkilməsi Vaşinqtonun könüllü qərarı olmayıb və bunu İran İslam Respublikasının və SEPAH-ın gücü ilə əlaqələndirib.

SEPAH rəsmisi bildirib ki, hazırda ABŞ-a məxsus hərbi gəmilər ilk dəfə olaraq Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və Hind okeanının şimal hissəsində görünmür. Fədavi həmçinin iddia edib ki, Hörmüz boğazı son bir neçə aydır İranın nəzarəti altındadır.

banner

O, ABŞ-ın İranla müharibə zamanı qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmadığını da bildirib.

Fədavinin sözlərinə görə, İran və Oman Hörmüz boğazında gəmiçiliklə bağlı qaydaları birlikdə müəyyənləşdirib və hazırda həmin qaydaları tətbiq edirlər.

Əlaqəli Yazılar Xüsusi