Rusiya ilə ABŞ arasında aparılan danışıqların gündəmində enerji sektorunda mümkün əməkdaşlıq məsələsi də yer alır.
Army.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, amerikalı tərəfdaşlarla təmaslar zamanı enerji sahəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq imkanları müzakirə olunur.
Peskov daha əvvəl Moskvanın Vaşinqtonla iqtisadi əlaqələrin bərpasında maraqlı olduğunu və bunun Ukrayna münaqişəsinin həllini gözləmədən həyata keçirilə biləcəyini açıqlamışdı.
