Ev DünyaTrampdan seçki “qafı”: Braziliyanı Hindistanla səhv saldı

Trampdan seçki “qafı”: Braziliyanı Hindistanla səhv saldı

by Baş Redaktor
158 Baxış

ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşdığı seçki ilə bağlı yazıda Braziliya və Hindistanı qarışdırıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Tramp Hindistanda prezident seçkilərinin ilk turunda 125 milyon nəfərin səs verdiyini və nəticələrin səsvermə başa çatdıqdan dərhal sonra elan edildiyini bildirib. Lakin Hindistanda prezident ümumxalq səsverməsi yolu ilə seçilmir və sözügedən ölkədə bazar günü prezident seçkisi keçirilməyib.

Hindistanın dövlət başçısı parlamentin hər iki palatasının və ştatların qanunverici orqanlarının seçilmiş üzvlərindən formalaşan Seçicilər Kollegiyası tərəfindən müəyyənləşdirilir. Hazırkı prezident Draupadi Murmu 2022-ci ilin iyulunda vəzifəsinin icrasına başlayıb və onun beşillik səlahiyyət müddəti hələ başa çatmayıb.

banner

Trampın qeyd etdiyi 125 milyon səs göstəricisi isə Braziliyadakı prezident seçkilərinə aiddir. Oktyabrın 4-də Braziliyada keçirilən seçkinin ilk turunda təxminən 124,5 milyon seçici səsvermədə iştirak edib.

Əlaqəli Yazılar Xüsusi