Ev DünyaRusiya Flydubai insidentinə münasibət bildirdi: “Obyektiv araşdırma gözləyirik”

Rusiya Flydubai insidentinə münasibət bildirdi: “Obyektiv araşdırma gözləyirik”

by Baş Redaktor
71 Baxış

Rusiya Flydubai təyyarəsinin göyərtəsində törədilməsinə cəhd göstərilən terror aktını qətiyyətlə pisləyir.

Army.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yayımlanan məlumatda bildirilib.

Nazirlik vurğulayıb ki, Moskva hadisə ilə bağlı obyektiv araşdırma aparılacağını gözləyir.

Sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərindən İsrailə uçan Flydubai reysinin pilotu təyyarənin kapitanını yaralayıb və hava gəmisini qəzaya uğratmağa cəhd göstərib. Ekipajın və sərnişinlərin bir neçə üzvü pilot kabinəsinə daxil olaraq hücum edəni zərərsizləşdirib və təyyarəni təhlükəsiz şəkildə endirməyə nail olub.

banner

İsrail hadisəni terror aktına cəhd kimi qiymətləndirib.

Əlaqəli Yazılar Xüsusi