Ev Hərbi XəbərlərSərkisyan: “Azərbaycan əsgərinin Sünikə keçməsinə diversiya kimi baxmaq lazım deyil”

Sərkisyan: “Azərbaycan əsgərinin Sünikə keçməsinə diversiya kimi baxmaq lazım deyil”

by Baş Redaktor
84 Baxış

“Azərbaycan əsgərinin naməlum şəraitdə Sünik vilayətinə keçməsinə diversiya, kəşfiyyat və ya başqa kontekstdən yanaşmaq lazım deyil”.

Army.az xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan deyib.

Siyasətçi Ermənistan müxalifətinin məsələ ətrafında ajiotaj yaratmağa çalışdığını bildirib. Onun sözlərinə görə, müxtəlif ölkələr arasında da bu cür hallar baş verir:

“Böyük hay-küy salmağa ehtiyac yoxdur. Sülh olsun, ya olmasın, belə hallar baş verə bilər. Sadəcə, bizim daxili siyasi qüvvələrimiz – müxalifət öz istəklərini reallığa çevirmək istəyir. Ajiotaj yaratmağa çalışırlar. Müharibə olmayacaq, Azərbaycan Sünikə hücum etməyəcək”.

banner

Əlaqəli Yazılar Xüsusi