Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Tərəflər Ukrayna ətrafında baş verən son prosesləri və Kiyevə göstərilən hərbi dəstəyi müzakirə ediblər.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Görüş zamanı Ukraynaya yeni müdafiə texnikasının göndərilməsi məsələsi əsas mövzulardan biri olub.
Zelenskinin sözlərinə görə, yaxın müddətdə ukraynalı pilotlar Fransada hazırlıq keçəcək və “Rafale” qırıcılarının idarə olunması üzrə təlimlərə cəlb olunacaqlar.
Danışıqlarda, həmçinin Fransanın istehsalı olan raketlərin və aviasiya bombalarının Ukrayna ərazisində istehsalının lokallaşdırılması perspektivi də müzakirə edilib.
