Ev GündəmEdamdan sonra möcüzəvi dönüş: ölümcül iynə vurulan məhbus sağ qaldı

Edamdan sonra möcüzəvi dönüş: ölümcül iynə vurulan məhbus sağ qaldı

by Baş Redaktor
65 Baxış

ABŞ-ın Tennessi ştatında ölüm hökmü icra edilən 50 yaşlı Krista Payk gözlənilməz şəkildə həyatda qalıb.

Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Zəhərli iynə vurulduqdan sonra həyat əlamətləri müşahidə olunan qadın xəstəxanaya çatdırılıb və təxminən bir həftə reanimasiya şöbəsində müalicə olunub. Payk daha sonra özünə gəlib və danışmağa başlayıb.

Paykın müdafiəçiləri hadisəni tibbi baxımdan son dərəcə qeyri-adi hal kimi qiymətləndiriblər. Hadisədən sonra Tennessi qubernatoru Bill Li ilin sonunadək həyata keçirilməsi nəzərdə tutulan digər edamların dayandırılması barədə qərar verib.

banner

Məlumata görə, edam proseduru zamanı Payka yüksək dozada pentobarbital yeridilib.

İlk günlərdə pentobarbitalın Paykın zehni funksiyalarına uzunmüddətli təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Vəkilləri isə onun qarşısında hələ uzun və çətin bərpa mərhələsinin olduğunu bildiriblər. Müalicə müddətində qadın qandallı vəziyyətdə saxlanılıb.

Xatırladaq ki, Krista Payk 1995-ci ildə Kollin Slemmerin qətlində təqsirli bilinib. Bir il sonra onun barəsində ölüm hökmü çıxarılıb. Paykın müdafiə tərəfi məhkəmədə uşaqlıq illərində zorakılıq və cinsi istismara məruz qalmasını, həmçinin lazımi hüquqi yardım göstərilmədiyini əsas gətirib.

Əlaqəli Yazılar Xüsusi