ABŞ İranla davam edən münaqişənin dayandırılması üçün Tehranın uranın zənginləşdirilməsi imkanlarını əhəmiyyətli dərəcədə azaltmasını tələb edir.
Army.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens “Reuters”ə eksklüziv müsahibəsində bildirib.
Deyib ki, Tehran Vaşinqtonun tələblərini yerinə yetirmək və iki ölkə arasında yeddi aydır davam edən müharibəyə son qoymaq istəyirsə, uranın zənginləşdirilməsi üzrə imkanlarını ciddi şəkildə məhdudlaşdırmalıdır.
Vens oktyabrın 5-də agentliyə açıqlamasında mümkün razılaşmanın yalnız İranın gələcəkdə nüvə proqramını məhdudlaşdıracağı ilə bağlı vədlərdən ibarət olmayacağını vurğulayıb.
Onun sözlərinə görə, hər hansı anlaşmanın əldə olunması üçün İran uranın zənginləşdirilməsi üzrə mövcud imkanlarını faktiki olaraq azaltmalıdır.
