Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili hökumətdə daha bir vəzifəni icra edəcək. O, eyni zamanda baş nazirin müavini olacaq.
Army.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında məlumat verib.
Kobaxidze bildirib ki, Kvrivişviliyə baş nazir müavini vəzifəsinin həvalə olunması onun gələcək fəaliyyətinə və ölkənin iqtisadi sektorunun inkişafına töhfə verəcək:
“Qərarımız barədə sizi məlumatlandırmaq istəyirəm. Mariam Kvrivişviliyə Gürcüstan baş nazirinin müavini vəzifəsi həvalə ediləcək. Hesab edirik ki, bu, onun gələcək fəaliyyətinin daha səmərəli qurulmasına və iqtisadi sektorun daha da gücləndirilməsinə kömək edəcək”.
