İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Abdullahi İsrailə qarşı fəaliyyət göstərən “müqavimət cəbhəsi”nin gələcəkdə həlledici rol oynayacağını bildirib.
Army.az xəbər verir ki, general bu barədə HƏMAS-ın İsrailə hücumunun üçüncü ildönümü ilə bağlı yaydığı bəyanatda danışıb.
Abdullahinin sözlərinə görə, 7 oktyabr hadisələri İsrailin gözləntilərini və “müqavimət cəbhəsinin” rəqiblərinin hesablamalarını dəyişib.
O, həmin hücumun nəticəsində “müqavimət cəbhəsi”nin əvvəlki müdafiə yanaşmasından hücum strategiyasına keçdiyini iddia edib:
“Bu əməliyyat İsrailin təsəvvürlərini aşdı və müqavimət cəbhəsinin düşmənlərinin hesablamalarını alt-üst etdi. 7 oktyabr hücumu müqavimət cəbhəsinin müdafiə strategiyasını hücum strategiyasına çevirdi”.
Abdullahi həmçinin “müqavimət cəbhəsi”nin İsrailin gələcəyi üçün həlledici nəticələr yaradacağını iddia edib.
