Ev DünyaBelarusdan MDB ölkələrinə çağırış: “Vahid mövqe tutmalıyıq”

Belarusdan MDB ölkələrinə çağırış: “Vahid mövqe tutmalıyıq”

by Baş Redaktor
172 Baxış

Belarus xarici işlər naziri Maksim Rıjenkov MDB ölkələrinin regional və qlobal gündəmdə daha koordinasiyalı mövqe nümayiş etdirməsinin vacibliyini bildirib.

Army.az xəbər verir ki, Rıjenkov bu barədə Türkmənistanda keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında danışıb.

Belaruslu nazir üzv ölkələri qlobal və regional təhdidlər, eləcə də Avrasiyada etimadın və bölünməz təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərində mümkün qədər vahid mövqe nümayiş etdirməyə çağırıb.

Rıjenkov eyni zamanda MDB-nin digər inteqrasiya qurumları ilə əməkdaşlığının genişləndirilməsini təklif edib. Onun sözlərinə görə, dəyişən geosiyasi şərait və artan regional inteqrasiya fonunda müxtəlif birliklərin imkanlarının əlaqələndirilməsi üçün əlavə addımlar atılmalıdır.

banner

Nazir bu çərçivədə Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS və MDB arasında əməkdaşlığın inkişaf etdirilməsini məqsədəuyğun hesab edib.

Rıjenkov bildirib ki, BMT-nin beynəlxalq sistemdə mərkəzi rolu qorunmaqla, əsas inteqrasiya birlikləri arasında praktiki əməkdaşlıq mexanizmləri daha da genişləndirilə bilər.

Əlaqəli Yazılar Xüsusi