Ev DünyaKobaxidze: “Avropa Parlamenti SSRİ Ali Sovetini xatırladır”

Kobaxidze: “Avropa Parlamenti SSRİ Ali Sovetini xatırladır”

by Baş Redaktor
90 Baxış

“Avropa Parlamenti SSRİ Ali Sovetini xatırladır, Avropa İttifaqının bürokratiyası isə ciddi böhran içindədir”.

Army.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Gürcüstana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib.

Kobaxidzenin sözlərinə görə, Avropa institutları ilə münasibətlərdə Gürcüstandan tez-tez daha fərqli ritorikadan istifadə etməsi istənilir. Lakin onun fikrincə, Avropa Parlamentinin qəbul etdiyi sənədlər fonunda bu, çətinləşir:

“Bu cür davranışı ilə Avropa Parlamenti bizə SSRİ Ali Sovetini xatırladır. Məncə, Sovet İttifaqının mövcudluğunun son illərini yaşadığı 1980-ci illərdə Ali Sovetin vəziyyəti indiki Avropa Parlamentinin durumundan xeyli yaxşı idi.

banner

Avropa Parlamenti çox ağır vəziyyətdədir, bütövlükdə Avropa bürokratiyası böhran yaşayır. Belə müzakirələr və sənədlər də bunun göstəricisidir. Gürcüstan cəmiyyəti üçün isə bütün bunlar artıq maraqlı deyil”.

Əlaqəli Yazılar Xüsusi