ABŞ Prezidenti Donald Trampın administrasiyası 60 ölkədən idxal olunan məhsullara yeni gömrük rüsumları tətbiq edib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Yeni rüsumların dərəcəsi 10 və 12,5 faiz təşkil edir. Siyahıda Qazaxıstan, Türkiyə, Rusiya, Çin, Hindistan və Avropa İttifaqı da yer alıb.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, yeni tariflər ölkəyə idxal olunan məhsulların 99,4 faizinə şamil olunacaq.
Tramp administrasiyası qərarı həmin ölkələrin məcburi əməyin tətbiqi ilə istehsal olunan məhsulların idxalına qadağanı tətbiq etməməsi və ya bu qadağanı kifayət qədər effektiv şəkildə icra etməməsi ilə əsaslandırıb.
