ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna nümayəndə heyəti ilə yeni sülh planını müzakirə edəcəklər.
Army.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının adının açıqlanmasını istəməyən yüksəkvəzifəli nümayəndəsi bildirib.
Mənbənin sözlərinə görə, tərəflər münaqişədə yaranmış dalandan çıxmağa kömək edəcək kompleks planı nəzərdən keçirəcəklər. Müzakirələr müharibəyə son qoymaq məqsədilə münaqişənin bütün aspektlərini əhatə edən vahid təklif üzərində cəmləşəcək.