ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sərt mövqe sərgiləyərək ölkənin nüvə silahı əldə etməsinin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, İranı kəskin ifadələrlə tənqid edərək Tehranın nüvə silahına sahib olmasının qəbuledilməz olduğunu bildirib.
Army.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Trampın sözlərinə görə, təhlükəli hesab etdiyi şəxslərin nüvə silahına çıxış əldə etməsinə imkan verilməməlidir.
ABŞ lideri, həmçinin İranı beynəlxalq miqyasda terrorçuluğa ən çox dəstək verən dövlətlərdən biri kimi xarakterizə edib.
