Ev Hərbi XəbərlərTehrandan yeni təhdid: ABŞ-ın texnoloji infrastrukturu vurula bilər

Tehrandan yeni təhdid: ABŞ-ın texnoloji infrastrukturu vurula bilər

by Baş Redaktor
76 Baxış

İran ABŞ-ın hərbi hücumları bərpa edəcəyi təqdirdə Yaxın Şərqdəki Amerika texnoloji infrastrukturuna zərbələr endirəcəyini bəyan edib.

Army.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi “Press TV” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tehran hələlik ABŞ-ın regiondakı texnoloji obyektlərini hərbi hədəflər siyahısına daxil etməyib. Lakin hərbi əməliyyatların yenidən başlaması vəziyyəti dəyişə bilər.

Rzayi xəbərdarlıq edib ki, belə bir ssenari reallaşarsa, ABŞ-yə məxsus məlumat emalı mərkəzləri, süni intellekt infrastrukturu və digər strateji texnoloji obyektlər İranın cavab zərbələrinin hədəfinə çevrilə bilər.

banner

İran rəsmisi hərbi əməliyyatların bərpa olunacağı təqdirdə çoxsaylı məlumat mərkəzlərinin və süni intellekt obyektlərinin məhv edilə biləcəyini iddia edib.

Əlaqəli Yazılar Xüsusi