Ev DünyaPaşinyan Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı etiraf etdi: “Hələ hazır deyilik”

Paşinyan Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı etiraf etdi: “Hələ hazır deyilik”

by Baş Redaktor
138 Baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqı ilə münasibətləri və Rusiyanın istədiyi referendumun keçirilməsi məsələsinə münasibət bildirib.

Army.az xəbər verir ki, o, “Radio France Internationale”ə müsahibəsində Ermənistanın hazırda Avropa İttifaqına üzvlük üçün tam hazır olmadığını deyib.

“Əgər məndən soruşsanız ki, Ermənistan bu gün Avropa İttifaqına üzv olmağa hazırdırmı, səmimi şəkildə deyərəm ki, xeyr. Çünki bu meyarlara uyğunlaşmaq üçün hələ çoxsaylı islahatlar keçirməliyik. Müraciətin özü prosesin müəyyən yetkinlik səviyyəsinə çatmasını nəzərdə tutur. Sadəcə müraciət xatirinə müraciət etmək o qədər də məntiqli deyil. İslahatları mümkün qədər səmərəli həyata keçirmək üçün Aİ ilə çox fəal əməkdaşlıq edirik”, – Paşinyan bildirib.

Baş nazir Rusiya ilə münasibətlərin kəsilməsinin və ya pisləşməsinin Ermənistanın nə əvvəlki, nə indiki, nə də gələcək məqsədləri sırasında olduğunu vurğulayıb:

banner

“Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. Sadəcə bir məqamı qeyd etməliyik: hər şeydən, o cümlədən siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh mövcuddur”.

Əlaqəli Yazılar Xüsusi