Rusiya Hərbi Hava Qüvvələrinin yüksək pilotaj qrupu “Rus cəngavərləri” Çində keçiriləcək “Airshow China” beynəlxalq aviasiya sərgisində iştirak edəcək.
Army.az xəbər verir ki, bu barədə sərginin icraiyyə komitəsinin direktoru, Çjuhai şəhərinin meri U Tszetun məlumat verib.
“Rus cəngavərləri” pilotaj qrupu builki aviasiya sərgisində yenidən iştirak edəcək”, – deyə o bildirib.
U Tszetunun sözlərinə görə, Rusiya qrupu 1998-ci ildən bəri “Airshow China” sərgisində yeddi dəfə çıxış edib. Rusiyalı pilotların məharətli uçuşları böyük populyarlıq qazanıb.
Qeyd edək ki, “Rus cəngavərləri” 2016-cı ildən ikiyerlik Su-30SM qırıcılarından, 2019-cu ildən isə Su-35S təyyarələrindən istifadə edir. Bu modellər hazırda qrupun əsas uçuş vasitələri hesab olunur.
