Ev Dünya“Mən prezident olsaydım, müharibə başlamazdı” – Tramp

“Mən prezident olsaydım, müharibə başlamazdı” – Tramp

by Baş Redaktor
65 Baxış

“Ukraynadakı müharibənin səbəblərindən biri ABŞ-nin keçmiş Prezidenti Co Baydenin Rusiyaya qarşı səsləndirdiyi bəyanatlardır”.

Army.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Gray Media” telekanalına müsahibəsində deyib.

Trampın sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müharibə ümumiyyətlə baş verməməli idi. O, 2020-ci il prezident seçkilərində saxtakarlıq olmadığını və həmin vaxt prezident vəzifəsində özünün olduğunu iddia edərək müharibənin yaşanmayacağını bildirib:

“Bu müharibə baş verməməli idi. Əgər o zaman prezident mən olsaydım və həmin seçkilərdə saxtakarlıq olmasaydı, Ukrayna ilə Rusiya arasında müharibə olmazdı”.

banner

Əlaqəli Yazılar Xüsusi