Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında “Sülh necə görünməlidir?” başlıqlı video paylaşıb.
Army.az xəbər verir ki, Paşinyan videoda Ermənistanın ərazisinin 29 min 743 kvadratkilometr olmalı olduğunu bildirib.
O, sərhədlərin delimitasiya və demarkasiyasının Alma-Ata Bəyannaməsi əsasında aparılmasının vacibliyini vurğulayıb:
“Bu məntiqə əsasən, sərhədin hər iki tərəfində anklav və eksklavlar olmamalıdır. Yəni Ermənistan və Azərbaycan müvafiq olaraq dəqiq ölçülərə uyğun ərazilərin mübadiləsini həyata keçirməlidir”.
