ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekin arasında əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini və tərəflər arasında münasibətlərin yaxşı səviyyədə olduğunu bəyan edib.
Army.az xəbər verir ki, Tramp bu fikirləri Arizona ştatında təşkil olunan seçkiqabağı mitinq zamanı səsləndirib.
O, ötən həftə Çin liderinin ABŞ-a səfərinə toxunaraq, iki ölkə arasındakı dialoqun davam etdirilməsinin qarşılıqlı anlaşma ilə bağlı olduğunu bildirib. Prezident Çinlə münasibətləri müsbət xarakterizə edərək, tərəflərin bir-biri ilə yaxşı anlaşdığını vurğulayıb.
ABŞ lideri, həmçinin Vaşinqton və Pekin arasında iqtisadi əməkdaşlığın qarşılıqlı qazanc baxımından əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Çinlə iqtisadi əlaqələr ABŞ üçün maliyyə baxımından faydalıdır. Tramp əlavə edib ki, Pekin Vaşinqtona hörmətlə yanaşır.
