Ev TexnologiyaYaponiya kosmosa ildə 30 raket göndərməyi hədəfləyir

Yaponiya kosmosa ildə 30 raket göndərməyi hədəfləyir

by Baş Redaktor
136 Baxış

Yaponiya kosmik sənayedə fəaliyyətini genişləndirərək 2030-cu ilə qədər hər il 30 kosmik raketin buraxılmasını təmin etməyi qarşısına məqsəd qoyub.

Army.az xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hədəfə çatmaq üçün ölkənin İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi dövlətə məxsus və özəl kosmodromlarda buraxılış meydançalarının sayını artırmağı planlaşdırır.

Proqramın 2027-ci il üçün nəzərdə tutulan maliyyə dəyəri 480 milyon dollar həcmində qiymətləndirilir.

banner

Xatırladaq ki, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi oktyabr ayında 1998 KY26 asteroidinə doğru hərəkət edən “Hayabusa-2” avtomatik planetlərarası aparatının mühərrikində problem yarandığını açıqlamışdı.

Əlaqəli Yazılar Xüsusi