Hörmüz boğazında minaya düşdüyü bildirilən “GFS Pride” adlı konteyner gəmisindəki yüklərin dənizə səpələndiyi iddia olunur.
Army.az xəbər verir ki, bu barədə sosial mediada paylaşımlar edilib.
Hadisədən sonra bəzi şəxslər qayıqlarla əraziyə yaxınlaşaraq suya düşən yükləri toplamağa cəhd ediblər.
Dənizə yayılan mallar arasında bahalı ətirlər və “iPhone 18” smartfonlarının da olduğu bildirilir. Bununla belə, yüklərin tərkibi və hadisənin təfərrüatları ilə bağlı məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
