154
Avropa rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskidən ABŞ Prezidenti Donald Trampa qarşı səsləndirdiyi tənqidləri yumşaltmasını xahiş etməyi planlaşdırırlar.
Army.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məsələ Zelenski ilə keçiriləcək qapalı danışıqlar zamanı müzakirə olunacaq.
Nəşrin həmsöhbətlərindən biri Ukrayna liderinə çatdırılacaq mesajı “anlayışlı, lakin eyni zamanda qətiyyətli” kimi xarakterizə edib.
