Ev Hərbi Xəbərlərİran ordusundan ABŞ-a ultimatum: “Getməsələr, qovacağıq”

İran ordusundan ABŞ-a ultimatum: “Getməsələr, qovacağıq”

by Baş Redaktor
175 Baxış

İran tərəfi Hörmüz boğazında gəmiçiliyin bərpasını ABŞ hərbi qüvvələrinin Fars körfəzi regionundan çıxması ilə əlaqələndirib.

Army.az xəbər verir ki, bu barədə İran ordusunun rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Əkrəminiya açıqlama verib.

“ABŞ regiondan çıxarsa, Hörmüz boğazı açılacaq”, – deyə o bildirib.

Əkrəminiyanın sözlərinə görə, ABŞ qüvvələrinin bölgədən çıxması region dövlətlərinin iştirakı ilə kollektiv təhlükəsizlik sisteminin formalaşmasına şərait yarada və dünya iqtisadiyyatına müsbət təsir göstərə bilər.

banner

İran ordusunun nümayəndəsi, həmçinin Vaşinqtonun regionda qalmağa davam edəcəyi təqdirdə Tehranın buna qarşı çıxacağını bəyan edib:

“Əgər onlar getməsələr, biz onları qovacağıq”.

Əlaqəli Yazılar Xüsusi